Birinci vitse-prezident təməlqoyma mərasimində

Gündəm
14:38 / 30.05.2017
1128
Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.
Sfera.az