Türkiyədəki diasporumuzdan ÜAK-ın ləğvinə - Etiraz

Türkiyədəki diasporumuzdan ÜAK-ın ləğvinə - Etiraz

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb.

Bu barədə Sfera.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin qərarını qınayıblar.

Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.

Bəyanatda daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə, azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğvi qəbulolunmazdır:

"Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atımasını tələb edirik”.


Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 11-dən 13-dək külək güclənəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

“İkinci mərhələdə daha çox evlər tikiləcək”

“Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxş...

Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Kreml sahi...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...