Qazax diasporundan ÜAK-la bağlı - Bəyanat

Qazax diasporundan ÜAK-la bağlı - Bəyanat

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qazax diasporu”nun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: "Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanımlasında, dövlətlər arasında konsrtuktiv əməkdaşlığın inkişafında maraqlı olub”.

Rusiya Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan Qazaxıstan diasporunun nümayəndələri qeyd edir ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.


Rusiyadakı Qazaxıstan diasporunun nümayəndələri hesab edir ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər. (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...