Kənddə mina partladıldı - AZƏRBAYCANDA
19:40 / 08.05.2017
1078
Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində Qarqar çayından tank əleyhinə "TM-62M” minası tapılıb.
Unikal.org xəbər verir ki, mina sakinlər tərəfindən aşkarlanıb. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları cəlb olunub. Daşınması mümkün olmadığı üçün mina partladılaraq zərərsizləşdirilib.