Bakının mərkəzini üfunət bürüdü - VİDEO
21:02 / 04.02.2016
784
Bakının Şıxəli Qurbanov küçəsində kanalizasiya daşıb.
Sfera.az xəbər verir ki, daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə
üzü aşağı axaraq üfunətli mənzərə yaradıb.
"Azərsu" ASC-nin Yasamal Rayon Su-Kanal İdarəsindən Milli.Az-a bildiriblər ki,
ərazidə kanalizasiya xəttində tıxanma baş verib. Nəticədə su daşaraq ətrafa yayılıb.
Hazırda idarənin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmağa çalışırlar.
Hələlik problemin nə zaman aradan qaldırılacağı məlum deyil.