Bu orqanımız ağrını qəbul etmir

Bu orqanımız ağrını qəbul etmir
Kateqoriya məlum deyil
T

İnsan bədənində ağrı hissini qəbul etməyən yeganə orqanın beyin olduğu elmi araşdırmalarla təsdiqlənib.

 

Sfera.az xəbər verir ki, beyin toxumalarında ağrı hissini qəbul edən sinir ucları – nocisceptorlar mövcud deyil. Ağrı hissi məhz beyin tərəfindən formalaşdırılır. Bədənin müxtəlif hissələrindən gələn siqnallar beyin tərəfindən emal olunur və insan ağrını bu şəkildə hiss edir. Lakin beyin öz toxumasında bu siqnalları qəbul etmədiyi üçün özü ağrı hiss etmir.

 

Bu xüsusiyyət neyrocərrahiyyə əməliyyatlarında da müşahidə olunur. Belə ki, bəzi beyin əməliyyatları zamanı xəstə oyaq vəziyyətdə ola bilər və bu zaman birbaşa beyin toxumasına müdaxilə edilsə də, xəstə ağrı hiss etmir.

 

Ağrı yalnız kəllə sümüyü və ətraf toxumaların zədələnməsi zamanı yaranır. Beyin zədələndikdə ağrıdan çox, başgicəllənməsi, huşun itirilməsi, yaddaş və hərəkət pozuntuları kimi əlamətlər ortaya çıxır. Bu da beynin ağrını deyil, funksional dəyişiklikləri siqnal verdiyini göstərir.

 

Qeyd edək ki, beynin ağrı hiss etməməsi diaqnostika prosesini çətinləşdirə bilər və bu səbəbdən baş nahiyəsinə alınan zərbələrə ciddi yanaşmaq tövsiyə olunur.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ