Məktəbli qızı zorlayıb videoya çəkdilər — Azərbaycanda şok olay
Yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Pokrovka kəndində anadan olan Elşən Umudov xuliqanlıq etdiyi üçün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. O, Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.
Həbsdən azad olunan Elşən Umudov Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən cinayətlər törətməyə başlayıb.
48 min 500 manatlıq oğurluq
Elşən Umudov 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.
Bundan başqa, Elşən Umudov 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23.30 radələrində idarə etdiyi "Mersedes-190” markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (nişanlısı ilə görüşə gələn oğlanın və hər iki qızın adı və soyadı şərti verilib - red.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.
Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanından aralanıb. Bu zaman Elşən Umudov Sahibə ilə avtomobildə tək qalıb.
Vəziyyətin belə olduğunu görən Elşən Umudov arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.
Həmin vaxt Elşən Umudov yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsi ilə çəkib.
Bundan sonra Elşən Umudov həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlinədək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.
Şantaj və zorlama
Sahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Elşən Umudov yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.