Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu – Kafedə əməliyyat

Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu – Kafedə əməliyyat
Biləsuvar rayonunda şantajla məşğul olan şəxslər tutulub. 

BiG.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-da Biləsuvar RPŞ-nin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib ondan 3.000 manat pul tələb etdiyini bildirib.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...