Əhaliyə Şad Xəbər: İnternet pulsuz oldu

Əhaliyə Şad Xəbər: İnternet pulsuz oldu
Ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış "ASAN Wi-Fi" sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verildi.

BiG.AZ-ın "ASAN xidmət"in mətbuat xidmətindən əldə etdiyi məlumata görə, xidmətin səlahiyyətləri artırılır. Bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı "ASAN Wi-Fi" sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.

"ASAN Wi-Fi" layihəsi 2016-cı il 10 avqust tarixində Qəbələ regional "ASAN xidmət" mərkəzinin açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevə təqdim olunub. 2016-cı ilin oktyabr ayından etibarən "ASAN Wi-Fi" sistemi pilot layihə olaraq 1 və 3 saylı "ASAN xidmət" mərkəzində fəaliyyətə başlayıb. Tezliklə digər "ASAN xidmət" mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan verir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...