Azərbaycanda bu tarixdə torpaq hərracları keçiriləcək

Kateqoriya məlum deyil
T
Yanvarın 7-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.
Sfera.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) məlumat verilib.
Hərraclar Dövlət Xidmətinin Abşeron, Salyan, Saatlı, Neftçala, Sabirabad, Ağdaş, Yevlax, Kürdəmir, Şəmkir, Qusar, Quba, Şabran, Beyləqan, Cəlilabad, Masallı, Ağsu, Şəki, Qax və Zaqatala ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 47 torpaq sahəsi çıxarılacaq.
