Naxçıvanda dörd dərəcə şaxta olub - Faktiki hava
Kateqoriya məlum deyil
Noyabrın 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağıb.
Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.
Şəmkir, Lerik, Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-də 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.






