Bu gün ilk çərşənbə - Su çərşənbəsidir

Bu gün ilk çərşənbə - Su çərşənbəsidir

Bu gün ölkəmizdə ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Nə üçün Su çərşənbəsi və ya el dilində desək, əzəl çərşənbə?

Sfera.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlayıb. Alimin sözlərinə görə, baharın gəlişi öncəsi çərşənbələrin əsasən "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib.

A.Əhmədli qeyd edib ki, Azərbaycanın əskər bölgələri ilk çərşənbənin "Su" çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: "Biz də ilk çərşənbənin "Su" çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənbəyi, onun nüvəsi sudur. Bu da vacib məqamdır".

Qeyd edək ki, axır çərşənbə martın 14-də olacaq.

 

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...