18 ölkənin tələbələri Qarabağ həqiqətlərini öyrəndilər - FOTO

18 ölkənin tələbələri Qarabağ həqiqətlərini öyrəndilər - FOTO

Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, layihənin əhəmiyyətinə toxunan Mübariz Qurbanlı sayca dördüncü olan Beynəlxalq multikulturalizm qış məktəbinin həm beynəlxalq miqyas, həm də sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

M.Qurbanlı görüş iştirakçılarına ölkəmiz haqqında məlumat verərək bildirib ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib. İşğal nəticəsində 1 milyona yaxın azərbaycanlı öz yurd-yuvasından, doğma məskənlərindən çıxarılıb. Ermənistan tərəfi, xüsusilə xaricdə olan erməni təşkilatları və lobbisinin təsirində olan qruplar Azərbaycan haqqında yanlış məlumat yaymaqla öz təcavüzünü ört-basdır etmək istəyir. Ona görə də sizin kimi gənclərin, bu cür qrupların dostluq niyyəti ilə Azərbaycana gəlməsi bizim üçün çox əhəmiyyətlidir.

Komitə sədri 18 ölkədən olan tələbələrlə görüşdə ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib. Əhalinin 96 faizinin islam dininə mənsub olduğunu bildirən Komitə sədri Azərbaycanda 2 mindən çox məscidin olduğunu vurğulayıb. M.Qurbanlı, eyni zamanda, ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq islam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini qeyd edib.

 

​Komitə sədri dövlət başçısı İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", onun məntiqi davamı kimi bu ili "İslam Həmrəyliyi İli" elan etməsinin bütün dünyaya həmrəylik çağırışı olduğunu diqqətə çatdırıb. M.Qurbanlı qeyd edib ki, bu, həm islam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək. Bu il, həmçinin Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirən DQİDK sədri bu Oyunların da islamdakı həmrəyliyə həsr olunduğunu vurğulayıb. Komitə sədri Beynəlxalq multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçılarına işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz və Azərbaycan həqiqətləri, ölkəmizdəki tolerant mühiti barədə Dövlət Komitəsinin nəşri olan kitablar təqdim edib.

Qeyd edək ki, IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 13-də fəaliyyətə başlayıb.

Fevralın 20-dək davam edəcək IV Beynəlxalq multikulturalizm qış məktəbində Azərbaycan ilə yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edirlər. IV Beynəlxalq multikulturalizm qış məktəbi ərzində yerli mütəxəssislərin və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinləniləcək, ölkəmizin multikultural və çoxkonfessiyalı nadir məkanlarına səfərlər, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşlər təşkil olunacaq.

Xatırladaq ki, indiyədək adıçəkilən qurumlar tərəfindən 2015-ci il 22 iyul-1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...