Mübariz Mənsimov "Xəzər Lənkəran"dan imtina edir?

Mübariz Mənsimov "Xəzər Lənkəran"dan imtina edir?

Mübariz Mənsimov bundan sonra "Xəzər Lənkəran"a pul ayırmayacaq.

Sfera.az komanda.az-a istinadən xəbər verir ki, "Palmali" şirkətlər qrupunun prezidenti Azərbaycandakı digər biznesinə - "Palsüd"ə də maliyyə ayırmaqdan imtina edib.

 Bu yaxınlarda vətəndə olan Mənsimov yaxın qohumları, "Xəzər Lənkəran" və "Palsüd" 

rəhbərliyi ilə görüşüb.

 
Mənsimovlar ailəsinə yaxın olan və görüşdə iştirak edən şəxsin sayta verdiyi məlumata görə, 

Mübariz Mənsimov olduqca əsəbi olub. O, bundan sonra nə "Xəzər Lənkəran"a, nə də "Palsüd"ə 

maliyyə ayırmayacağını bildirib. Mənsimov, xüsusən də, "Xəzər Lənkəran" rəhbərliyinin fəaliyyətindən

 gileylənib:

 
"Bu illər ərzində 300 milyon dolların başına daş saldız. Götürün, o "Xəzər Lənkəran", o da "Palsüd". 

Bundan sonra məndən pul istəməyin. Necə bacarırsızsa, eləcə də saxlayın".

 
Mənbə onu da bildirdi ki, Mübariz Mənsimov Masallı stadionuna müştəri tapılması ilə bağlı yaxın 

qohumlarına göstəriş də verib.

 
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə açıqlamasında bütün

 bu məlumatları təkzib etdi:

 
"Yazıda gedən faktlar həqiqəti əks etdirmir. İlk olaraq qeyd edim ki, yaxın zamanlarda "Palmali" 

Şirkətlər Qrupunun prezidenti deyilən tərkibdə, ümumiyyətlə, hansısa görüş, iclas və ya tədbir 

keçirməyib. Şirkətimizə məxsus "Palsüd" şirkəti artıq özünü tam olaraq idarə edəcək bir duruma gəlib 

və buraxdığı məhsullar üzrə ölkədə lider brenddi. Təkcə onu qeyd edim ki, son aylar məhsullarının

qiymətini qaldırmayan yeganə şirkət olan "Palsüd"ün təkcə qablaşdırması bütün Avropa standartlarına 

cavab verir və bu sahədə həmin göstəricini təkrarlayan rəqib yoxdu. Hazırda adıçəkilən zavod 

klubumuzun sponsor tərəfdaşlarından biridir.

 
Digər yazılanlar da həqiqəti əks etdirmir. Çünki belə irad və ittihamlar səslənməyib.
 
Sonda qeyd edim ki, şirkət prezidenti belə toplantı keçirsəydi, orada bunları mətbuata açıqlayacaq 

birinin olması tamamilə absurd olardı".

 
Hazırda ciddi maliyyə problemləri olan "Xəzər Lənkəran"ın Azərbaycan Premyer Liqasında da 

işləri yaxşı getmir. Komanda 19 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR