Bu foto alimləri şoka saldı - VİDEO

Bu foto alimləri şoka saldı -  VİDEO

Qədim Yunanıstanda, Delfi adasındakı "tale adamları"nda noutbuk olduğu və insanların 

taleyi barədə əvvəlcədən xəbər verən həmin kahinlərin də noutbukdan istifadə etdikləri 

iddia olunur.

ABŞ-ın Kaliforniya ştatındakı Malibu şəhərində yerləşən Pol Getti Muzeyində

 (The J. Paul Getty Museum) saxlanan, Qədim Yunanıstanda eramızdan əvvəl 100-cü

 ildə hazırlandığı şübhə doğurmayan daş barelyefdə noutbuka bənzər əşyanın ekranına 

baxan qadın kahin əks olunub.

Sfera.az Milli.Az-a istinadən bildirir ki, alimlər bu əsəri hələ izah edə bilmirlər. Əlində 

düzbucaqlı qutu və ya əşyanı tutmuş qadının kahin yox, zadəgan xanım olduğu istisna 

edilmir. Taxtda oturmuş bu qadın gənc xidmətçinin gətirdiyi həmin əşyaya baxır.

Barelyef Getti Muzeyində "Grave Naiskos of an Enthroned Woman with an Attendan"

 adı ilə saxlanır.

Barelyefdə yadplanetlilərin qədim yunanlara, Delfir adasındakı kahinlərə verdikləri

 noutbukun əks olunduğu iddia edilsə də, alimlər bu əşyanın noutbuk yox, qutu və 

ya mücrü olduğunu da vurğulayırlar.


OXŞAR XƏBƏRLƏR