Bakı metrosunda “yanğın” - VİDEO


Bakı metrosunda “yanğın” - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC-nin birgə təşkilatçılığı ilə metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

 

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” və “Nizami” stansiyaları arasında 2-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

 

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

 

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası və 63 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

 


OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...