Azərbaycan Prezidenti: "Bizə qarşı çirkin kampaniyalar təşkil edənlərin özləri artıq siyasi səhnədən kənarlaşdırılıblar"

Azərbaycan Prezidenti:

Bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.

"Biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik.


OXŞAR XƏBƏRLƏR

Pakistan vaxt qoyudu - Hansı ölkələr müharibəyə qoşulur?

Pakistanın Müdafiə Naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibə riskinin artdığını bildirib.    Sfera.az xəbər verir ki, bu açıqlama, Kəşmir...

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.  Aksiya Azərbaycan Respublikas...

"Əfqanıstanda destruktiv cəhdlərin qarşısı alınmalıdır" - Əli Nağıyev

"Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır". ...

100 milyonluq təklifi rədd etdi: Planı var

"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.   Sfera.az xəbər verir ki, bu barədə "Sk...

"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...