USAID-in direktoru səlahiyyətlərini o icra edəcək

USAID-in direktoru səlahiyyətlərini o icra edəcək

ABŞ-nin Dövlət katibi Marko Rubio USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi -red.) direktorunun səlahiyyətlərini icra edəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu “Fox News” kanalına müsahibəsində qeyd edib.

 

Bildirilib ki, Rubio USAID-in Dövlət Departamentinin siyasət direktivlərinə cavab verməli olduğunu, lakin bunu etməkdən imtina etdiyini deyib.

 

O, həmçinin USAID-i itaətsizlikdə və ABŞ-nin milli maraqlarına məhəl qoymamaqda ittiham edib: “USAID Amerikanın xarici siyasətinin bir hissəsinə çevriləcək. USAID Amerika vergi ödəyicilərinin pullarını xərcləyir. Dəfələrlə buna məhəl qoymayıb və qərara alıblar ki, onlar qlobal xeyriyyə təşkilatıdır və milli maraqlardan asılı olmayaraq fəaliyyət göstərirlər”.

 

Xatırladaq ki, bundan əvvəl “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yazmışdı.


OXŞAR XƏBƏRLƏR

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...