“Dördrəqəmli” telefon nömrəsi çoxdan ləğv olunub”

“Dördrəqəmli” telefon nömrəsi çoxdan ləğv olunub”

“Azərbaycanda dövlət rəsmilərinin istifadəsinə verilən “dördrəqəmli” telefon nömrəsi çoxdan ləğv olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, indi “dördrəqəmli” telefonu “üçrəqəmli” nömrələr əvəz edir. S.Novruzov deyib ki, bu nömrələr yalnız yüksək dövlət vəzifəsində çalışan şəxslər üçün nəzərdə tutulur: “Yəni, nazir, nazir müavini, deputat, məhkəmə sədrləri və digər yüksək vəzifəli adamlara verilir. Bu nömrələr sıravi vətəndaşlarda ola bilməz. Çünki “üçrəqəmli” nömrə rəsmi vəzifə tutan şəxslərə verilir”.

Xatırladaq ki, İlhamə Quliyevanın hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynova mətbuata göndərdiyi məktubunda bildirib: “Kimə hirsli olurdusa, “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”.


OXŞAR XƏBƏRLƏR