YAP-çı deputat: “Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub”

YAP-çı deputat: “Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub”

Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsinin “qara qutuları” Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb. Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. Artıq hər şey dəqiqdir: təyyarəmizi Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir”. 



Sfera.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.



Deputat bildirib ki, cinayət işinin tam aydınlanması üçün Qazaxıstanın obyektiv araşdırmaları da olduqca vacibdir:



“Rəsmi Astananın ədalətinə güvənirik. Həmçinin, son yayılan məlumatlara görə, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Azərbaycan dövlətinin qətiyyəti, Prezident İlham Əliyevin prinsipiallığı, hər zaman olduğu kimi, vətəndaşa verdiyi dəyər, törədilən cinayətlə bağlı tələblərini irəli sürməsi qarşı tərəfi çıxılmaz vəziyyətdə qoydu. 



Doğrudur, Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr istəyərək, Rusiyanın hava məkanında faciəvi hadisənin baş verdiyini deyib. Şübhəsiz ki, bu, kifayət deyil. Dövlətimiz də bununla kifayətlənməyərək, mülki təyyarəmizi vuranların cəzalandırılmasını, Rusiyanın kompensasiya ödəməsini, ümumilikdə ədalətin rəsmi, hüquqi səviyyədə təmin olunmasını bir neçə dəfə qətiyyətlə tələb edib. 



Düşünürəmki, Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsiylə bağlı cinayət işi yekunlaşan zaman Rusiya dövləti də öhdəliyinə düşən məsuliyyətə əməl etməlidir”.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...