2024-cü ilin ən nüfuzlu qadınlarının SİYAHISI AÇIQLANDI


2024-cü ilin ən nüfuzlu qadınlarının SİYAHISI AÇIQLANDI

"Financial Times" qəzeti 2024-cü ilin yekunları üzrə dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib edib. Siyahıya rəyləri ötən il ən ucadan səslənən və cəmiyyət üçün vacib problemləri göstərən qadınlar daxil ediliblər.

 

Sfera.az-ın məlumatına görə, nəşrdə ən nüfuzlu 25 qadının siyahısı üç kateqoriyaya bölünüb: "Yaradıcılar", "Liderlər" və "Qəhrəmanlar".

 

Birinci kateqoriyada - "Yaradıcılar"da yaradıcı peşə sahibi olan qadınlar qeyd ediliblər. Buraya amerikalı müğənnilər Teylor Svift və "Charli XCX", fələstinli müğənni Elyanna, irlandiyalı yazıçı Salli Runi, aktrisa Emma Stoun, "Chloe" moda evinin kreativ direktoru Çemena Xamani, Nigeriyada doğulmuş və Londonda bir neçə restoranın şef-aşpazı, təsisçisi Adexoke Bakari daxildirlər.

 

"Qəhrəmanlar" nominasiyasına rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya daxil edilib. "Financial Times", həmçinin, Qəzzadan olan videobloqer Bisan Ovdanı da qeyd edib. Ovdanın sənədli filmi 2024-cü ildə televiziya və videojurnalistika sahəsində ən yüksək mükafatlardan biri olan "Emmy"yə layiq görülüb.

 

"Qəhrəmanlar" siyahısında fransalı Jizel Peliko da var. Bu kateqoriyaya, həmçinin, Paris meri Ann İdalqo, 2024-cü ildə "Pinter" mükafatına layiq görülmüş hindistanlı yazıçı Arundati Roy və təmsil etdiyi idman növünün tarixində ən titullu idmançı olan amerikalı gimnast Simon Bayls daxildirlər.

 

"Liderlər" kateqoriyasına Avropa rəqabət komissarı Marqret Vestager, Böyük Britaniyanın ilk qadın xəzinə kansleri Reyçel Rivz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Meksikanın yeni Prezidenti Klaudia Şeynbaum, London Fond Birjasının baş direktoru və LGBT fəalı Culia Hoggett daxil ediliblər. (oxu.az)

 

 

 


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...