"Baydenin o qərarı verməsinə Tramp da razı olub" - Rusiya rəsmisi

"Baydenin o qərarı verməsinə Tramp da razı olub" - Rusiya rəsmisi

“Trampın Baydenin son qərarından xəbəri ola bilər”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov deyib. O, bu barədə teleqram kanalında yazıb. 

 

“Görünür, Baydenin Rusiya ərazisinə ATACMS uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verməsi Trampla razılaşdırılıb. Əks halda, Trampın və komandasının Bayden administrasiyasının raketlərlə bağlı qərarı barədə şübhəli susqunluğunu izah etmək mümkün deyil” — Aleksey Puşkov bildirib.

 

O xatırladıb ki, Tramp əvvəllər potensial üçüncü dünya müharibəsindən ehtiyat edərək belə bir qərara fəal şəkildə qarşı çıxıb.

 

“Donald Tramp Moskvaya təzyiq göstərmək və onu Kiyevlə danışıqlara hazırlaşmağa məcbur etmək üçün Rusiyaya zərbələr endirilməsinə razı ola bilər. Eyni zamanda, ABŞ danışıqlar prosesi başlamazdan əvvəl öz mövqelərini gücləndirmək istəyir”, - Puşkov əlavə edib. 

 

Xatırladaq ki, Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerika raketlərindən istifadə etməyə icazə verib. Həmçinin hazırkı prezidentin administrasiyasının Britaniyanın “Storm Shadow” raketlərinin Rusiya Federasiyasına qarşı istifadəsinə icazə verdiyi də bildirilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...