"Ukraynanın taleyini son iki ay həll edəcək, Qərb Trampın gəlişinə qədər..." - AÇIQLAMA

"Ukraynanın taleyini son iki ay həll edəcək, Qərb Trampın gəlişinə qədər..." - AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden ATACMS və digər uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Şimali Koreya ilə hərbi ittifaqı və cəbhədə taktiki irəliləməsi Vaşinqtonun bu qərarı qəbul etməsini labüd edib. Onun sözlərinə görə, bu həm də Trampın yanvarın 20-dən vəzifə səlahiyyətlərinə başlamasından sonra proseslərin Vaşinqtonun əleyhinə dəyişəcəyinin qarşısını almaq üçün verilən qərardır:

 

“Hazırda Rusiya cəbhə xəttində irəliləyiş əldə edir. Bu da bir neçə aya Ukraynanın məğlubiyyətinə gətirib çıxara bilər. Tramp isə Kiyevin məğlubiyyətinə görə, atəşkəsin əldə edilməsinə çalışa və tam yardımları kəsə bilərdi.  Bir neçə gün bundan əvvəl, Almaniya kansleri Olaf Şolts Putinə zəng edərək ona danışıqlar masasına oturmağı təklif etmişdi. Əks təqdirdə, Almaniyanın Ukraynaya yeni silahlar verəcəyini qeyd etmişdi. Kansler Rusiyanın danışıqlar prosesindən yayınması müqabilində Ukraynaya hərtərəfli dəstək olunmasını diqqətinə çatdırıb. Putin Şotlsla telefonla danışdıqdan sonra Ukraynaya raket və PUA zərbələr endirdi. Bununla da, Rusiyanın geri çəkilməyəcəyi mesajını vermiş oldu. Artıq  ABŞ, Böyük Britaniya, Fransa və Almaniya konsensus əldə edərək, Ukraynaya yenidən hərbi yardımları intensivləşdirib və verilən silahlardan Rusiyanın dərinliklərinə zərbəyə icazə veriblər. Rusiya qərardan narahatdır və Ukraynanın infrastrukturunu hədəf alacağını bəyan edib”.

 

Ekspert qeyd etdi ki, ABŞ və Avropa Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verə bilməz:

 

“Rusiya və Ukrayna arasında müharibənin yeni mərhələsi başlayacaq. Böyük Britaniya, Fransa və Polşa, Rumıniyanın Ukraynaya ordu göndərməsi istisna deyil. Yeni silahların verilməsi və Rusiyanın dərinliklərinə zərbələr endirilməsi isə Rusiyanın hücumunu durduracaq. Fransa Prezidenti Makron Putinin sülh istəmədiyini və müharibədə maraqlı olduğunu vurğulayıb. Göründüyü kimi, Qərb Rusiyanın məğlubiyyətinə gətirəcək addımlara başlayıb. Məhz Avropa ölkələri Trampın Ağ Evə gəlməsinə kimi həlledici və əhəmiyyətli irəliləyişə nail olmağa çalışacaq. Növbəti iki ay ərzində ABŞ və Avropa Rusiyanı danışıqlar masasına oturtmaq və qoşunlarının Ukraynadan çıxarılması üçün tam hərbi dəstək verəcəklər. Bununla da Rusiyanın cəbhə xəttində irəliləyişi və hücumu durdurula bilər. Hərbi dəstəkdən sonra isə Ukrayna qoşunlarının yeni hücumlar həyata keçirməsi mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...