Rusiyada bu cərimələr artırılır - YENİ MƏBLƏĞLƏR

Rusiyada bu cərimələr artırılır - YENİ MƏBLƏĞLƏR

Rusiyada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılacaq.

 

Sfera.az “Vedomosti”yə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İHM) dəyişikliklər təklif olunub. Təklif olunan dəyişikliyə əsasən, 2025-ci il yanvarın 1-dən Rusiyada sürücülər üçün cərimələr artırılacaq.

 

Müəlliflər sanksiyaları artırmaqla yanaşı, təcili ödəniş üçün verilən endirimin azaldılmasını da təklif edirlər. Qanunvericilik fəaliyyəti üzrə Hökumət Komissiyası dəyişikliklərə noyabrın 18-də baxılmasını təklif edir. Təklifə əsasən, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimənin məbləği 1000 rubldan 1500 rubla (25,5 manat) qədər artırılması istənilir. Sərxoş vəziyyətdə sürücülük üçün cərimə 30 min rubldan 45 min rubla (765 manat) qədər artacaq. Sürət həddini aşmağa və yol nişanlarına, yaxud işarələrə əməl etməməyə görə cərimələr 500-5000-dən 750-7500 rubla (12,75-127,5 manat) qədər artacaq.

 

Həmçinin yol hərəkəti qaydalarını pozduqda sağlamlığa zərər vurmağa görə cərimələrin artırılması təklif edilir. Yüngül zərər vurmaq üçün hazırkı 2,5-5 min rubl əvəzinə 3,7-7,5 min rubl (63-128 manat), orta zərər isə 10-20 min rubl əvəzinə 15-30 min rubl (255-510 manat) məbləğində cəzalandırılacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR