"Kamala Harris seçki tariximizdəki ən uğursuz namizəddir" - Robert Kennedi

"Kamala Harris seçki tariximizdəki ən uğursuz namizəddir" - Robert Kennedi

“Vitse-prezident Kamala Harris ABŞ prezident seçkilərində tarixin ən uğursuz demokrat namizədidir”. 

 

Sfera.az xəbər verir ki, bu fikri ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

 

"Harris, yəqin ki, tariximizin prezidentliyə ən uğursuz namizədidir. Amerikalılar Co Baydendən dəyişiklik istəyirlər və Harris isə heç kəsi onun bu dəyişikliyi həyata keçirməyə qadir olduğuna inandıra bilmədi. O, lazım olduğu vaxt hərbi aparat və ya kəşfiyyat orqanlarının qarşısında dayana biləcək lider deyil. Harris hazır mətn olmadan danışa bilməz. O, miqrasiya probleminin öhdəsindən gələ bilməyəcəyini, eyni zamanda inflyasiyaya nəzarət edə bilməyəcəyini də nümayiş etdirdi”, - Kennedi qeyd edib.

 

O, Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsini proqnozlaşdırdığını deyib. Siyasətçi hesab edir ki, demokratlar elitanın siyasi rıçağına çevrilib, respublikaçılar isə xalqın əsl nümayəndələridir.

 

Qeyd edək ki, avqust ayında Kennedi müstəqil namizəd kimi ABŞ prezidentliyi uğrunda yarışı dayandırdığını və Trampı dəstəklədiyini açıqlayıb. Kennedi bildirib ki, Trampla həyati vacib məsələlərdə, o cümlədən Ukraynadakı münaqişənin dayandırılması zərurəti ilə bağlı mövqeləri üst-üstə düşür.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...

92 ölkədən 300-dən çox nümayəndə BAKIYA GƏLİR

Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsin...