“TikTok”un sahibi Çinin ən varlı adamı oldu - Siyahıda başqa kimlər var?

“TikTok”un sahibi Çinin ən varlı adamı oldu - Siyahıda başqa kimlər var?

Çinin ən varlı adamı adına “TikTok”un yaradıcısı və rəhbəri Canq Yiming yiyələnib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Canqın sərvətinin dəyəri 49,3 milyard dollara yüksəlib. Canqın 41 yaşı var və o, 2012-ci ildə qurduğu şirkətin xidmətlərinin genişlənməsi hesabına sərvətini dəfələrlə artıra bilib.

 

Hazırda “TikTok”un dünya üzrə 200 milyona yaxın istifadəçisi var. Şirkətin qlobal gəlirləri son bir ildə 30 faiz artıb. 2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Canqın şəxsi sərvəti də son bir ildə 43 faiz artıb.

 

Çinin ikinci ən varlı adamı “Nongfu Spring” təbii bulaq suyu şirkətinin qurucusu və rəhbəri Conq Şanşandır. Onun sərvətinin dəyəri 47,9 milyard dollardır. “Nongfu Spring”ın sahibinin sərvəti bir ildə 24 faiz azalıb.

 

Çinin aparıcı internet və texnologiya şirkətlərindən biri olan “Tencent”in qurucusu və rəhbəri Pony Ma Huatingin isə sərvəti 44,4 milyard dollara yüksəlib.

 

Ümumilikdə, Çində sərvətinin dəyəri 700 milyon dollardan çox olan 963 şəxs var. Siyahıda yer alanların ümumi sərvəti 3 trilyon dollara çatır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...