"Şimali Koreya əsgəri Ukraynaya girsə, öldürüləcək" - Baydendən QƏTİ MÖVQE

"Şimali Koreya əsgəri Ukraynaya girsə, öldürüləcək" - Baydendən QƏTİ MÖVQE

ABŞ lideri Cozef Bayden Ukraynaya Şimali Koreya hərbçilərini öldürməyi əmr edib.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Nəşr ABŞ prezidentinin çıxışına istinad edib.  

 

“Bloomberg”in məlumatına görə, jurnalistlərdən biri Ağ Ev rəhbərindən Ukraynanın Şimali Koreyadan olan əsgərlərə zərbə endirməli olub-olmadığını soruşub. Bayden isə qarşılığında “Ukraynaya girsələr, bəli” cavabını verib.

 

Bayden həmçinin bildirib ki, Şimali Koreya qoşunlarının artıq Rusiyaya gəlməsi ilə bağlı yayılan şayiələrdən narahatdır.

 

Xatırladaq ki, ötən gün Pentaqonun sözçüsü Sabrina Sinq KXDR-nin Rusiyaya təxminən 10 min hərbçi göndərdiyini deyib. Məlumata əsasən, onlar Kursk yaxınlığında yerləşdirilib.  Rusiya Xarici İşlər Nazirliyi və Kreml isə Şimali Koreyadan olan silahlı qüvvələrin cəbhəyə gəlməsi ilə bağlı məlumatları “cəfəngiyyat” adlandırıb. Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın savaşda iştirakına ehtiyac olmadığını açıqlayıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...