Beş nömrəli avtobusun xəttində dəyişiklik

Beş nömrəli avtobusun xəttində dəyişiklik

“Bakubus” MMC sərnişinlərə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, bu barədə qurumun feysbuk səhifəsində yazılıb. Bildirilib ki, dünən axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək. Bu səbəbdən 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub: 5 saylı marşrut avtobusları 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro stansiyasının önünə qədər hərəkət edəcəklər.

Qurum onu da bildirib ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.


OXŞAR XƏBƏRLƏR