Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını HAVAYA QALDIRDI

Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını HAVAYA QALDIRDI

Polşa bu gün səhər saatlarında qırıcı təyyarələri havaya qaldırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında məlumat verilib.

 

Buna səbəb kimi Rusiyanın uzaqmənzilli aviasiyasının fəallığı göstərilib.

 

“Ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb, Operativ Komandanlıaq vəziyyəti izləyir”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, Polşa avqustun 26-sı və 27-də oxşar səbəbdən qırıcı təyyarələri havaya qaldırmışdı. Bu gecə bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.


OXŞAR XƏBƏRLƏR