Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti TAPILDI

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti TAPILDI

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində həlak olanların hamısının meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

“Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - paylaşımda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR