Rusiya Xarkova zərbə endirdi - 25 yaralı var


Rusiya Xarkova zərbə endirdi - 25 yaralı var

Rusiyanın Xarkova 10-dan çox ballistik raketlə zərbələr endirməsi nəticəsində 25 nəfər yaralanıb.

 

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

Zərbələr nəticəsində bir neçə mağaza, ticarət mərkəzi, həyət evləri və avtomobillər yanaraq yararsız hala düşüb, şəhərin infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR