Almaniyada silah fabrikində partlayış baş verib: Yaralılar var


Almaniyada silah fabrikində partlayış baş verib: Yaralılar var

Bu gün səhər saatlarında Troisdorf şəhərindəki “DynITEC” silah zavodunda güclü partlayış baş verib. Hadisə yerinə həkimlərin olduğu helikopterlər və maşınlar gəlib, zərərçəkənlərə yardım edilib.


Sfera.az xəbər verir ki, “Diehl Defense” zavodunda baş verən partlayış zamanı iki nəfər yaralanıb. Almaniya polisi silah fabrikində baş verən partlayışın səbəbinin təhlükəsizlik qaydalarının pozulması olduğunu ehtimal edir. Qeyd edək ki, “IRIS-T” üçün raketlər istehsal edən “Diehl Defence” zavodunda insidentlər 2024-cü ildə üçüncü dəfə baş verir.


Zavod detonatorlar istehsal edir və iki ay əvvəl partlayışın baş verdiyi “Diehl Defence” konserninin bir hissəsidir.
 

KİV hadisənin yerli vaxtla saat 9:32-də baş verdiyini bildirib. Məlum olub ki, silah zavodunun binasında partlayış baş verib. Hadisə yerində iki yaralı tapılıb. Tibbi yardım göstərmək üçün silah zavoduna iki helikopter və altı təcili yardım maşını gəlib. Bundan əlavə yanğını söndürmək və araşdırma aparmaq üçün xilasedicilər və polis də hadisə yerinə gəlib. Zərərçəkənlər ağır vəziyyətdə Köln-Merheim xəstəxanasına çatdırılıb. Bir nəfər itkin düşüb.

 


 

KİV hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatları öyrənib. Versiyalardan birinə görə, partlayış istehsal prosesi zamanı - partlayıcının keyfiyyəti yoxlanılan zaman baş verib. Həmçinin bildirilir ki, yaralılar 21 və 61 yaşlarında olub və onlar özləri sərbəst şəkildə binadan küçəyə çıxa bilib. Partlayış yerində kriminal polis işləyir, təxribat ehtimalı barədə məlumat yoxdur.


“Diehl Defence” şirkətinin sözçüsü David Voskuhl zavodda baş verən hadisələri şərh edib. Onun sözlərinə görə, hadisəyə səbəb kimyəvi reaksiya olub.
 

Hadisəyə səbəb olduğu ehtimal edilən kimyəvi reaksiyaya deflagrasiya deyilir. Qeyd edək ki, deflarqasiya m/s-də səsdən aşağı sürətlə baş verən yanma reaksiyasıdır (detonasiya km/s-də səsdən yüksək sürətlə yanmadır).


“Diehl Defence” Almaniyanın “Diehl Group” konserninin bir hissəsi olan bir şirkətdir. Əsas məhsullar “IRIS-T” kompleksi üçün zenit raketləridir. 2024-cü ilin iyununda “Diehl” zavodunda da partlayış baş verib. Polis təxribatdan şübhələndiklərini təsdiqləyib. Aprel ayında daha bir yanğın baş verib, paytaxtı zəhərli tüstü bürüyüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR