Rəsmi Ankara: "Aİ-də Türkiyənin quruma üzvlüyü ilə bağlı siyasi iradə yoxdur"

Rəsmi Ankara: "Aİ-də Türkiyənin quruma üzvlüyü ilə bağlı siyasi iradə yoxdur"

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaqda qətiyyətlidir.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, rəsmi Ankara bu istiqamətdə səylərini davam etdirəcək: “Əsas problem odur ki, Aİ-də Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradə yoxdur. Bu, onların daxili məsələsidir. Amma əgər bu problem həllini taparsa, əlaqələrimiz inkişaf edə bilər”.


OXŞAR XƏBƏRLƏR