İran Avropa "üçlüyü"nün çağırışına CAVAB VERDİ

İran Avropa "üçlüyü"nün çağırışına CAVAB VERDİ

İran suverenliyini və milli təhlükəsizliyini müdafiə etməkdə, eləcə də regionda davamlı sabitliyin təşviqində və qeyri-sabitliyin əsl mənşəyi, həqiqi mənbəyinə bölgədə terrora qarşı çəkindirici qüvvə yaratmaqda qətiyyətlidir.

 

Sfera.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Almaniya, Böyük Britaniya və Fransa (Avropa “üçlüyü”) hökumətlərinin regionla bağlı rəsmi Tehrana ünvanladıqları məktuba cavab olaraq bildirib.

 

Nazirlik rəsmisi deyib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış hüquqlardan istifadə edərək suverenliyini müdafiə etmək üçün heç kimdən icazə istəməyəcək.

 

O, Avropa “üçlüyünü” Qəzzadakı humanitar fəlakətin qarşısını almaq üçün fəaliyyətsizlikdə ittiham edib.

 

Qeyd edək ki, avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransa hökumətləri İrana müraciətə edərək Yaxın Şərqdə müharibəni dayandırmağa, nəzarət altında olan bütün məhbusları sərbəst buraxmağa çağırıblar.

 

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran hakimiyyəti bu sui-qəsddə İsraili ittiham edir. Tehran rəsmiləri İsrailə zərbə endirərək İsmayıl Haniyənin "qısasını alacaqlar"ını bildiriblər. Beynəlxalq ictimiayyət, o cümlədən Avropa "üçlüyü" onları bu niyyətlərindən çəkindirməyə çalışır.


OXŞAR XƏBƏRLƏR

Toralın qolu ən yaxşı seçildi - VİDEO

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.   Sfera.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ&rdq...

Mehriban Əliyevadan Dövlət Bayrağı Meydanından PAYLAŞIM - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. ...

Azərbaycan XİN-dən Fransaya ÇAĞIRIŞ

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövs...

Prezidentin Zəfər parkından ailəvi FOTOLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açı...

"Heç vaxt nəzərə alınmayan yenilikləri COP29-da tətbiq etdik" - VİDEO

“COP29 tədbiri indiyədək keçirilən COP tərdbirlərindən daha fərqlidir”.   Sfera.az bildirir ki, bunu COP29 Əməliyyat Şirkətinin SƏTƏM de...

Vətəndaşlar nə üçün “şərikli internet”ə üz tuturlar? - “Tarif qaldırılıb, seçim imkanları..." - AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB...