İkardi ciddi zədə aldı
İdman
16:00 / 08.11.2024
1553
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardi uzun müddətə sıradan çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Tottenhem"ə qarşı (3:2) matçda çarpaz diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, M.İkardi 2023-cü ilin yayında PSJ-dən "Qalatasaray"a transfer edilib. Ön xətt oyunçusu bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.