Xankəndidə ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib - VİDEO

Xankəndidə ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib - VİDEO

Noyabrın 8-də saat 08:44-də Xankəndi şəhərində ilk mərhələdə 170 abonent “mavi yanacaq”la təmin edilib.

 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov bildirib.

 

Onun sözlərinə görə, "Azəriqaz" tərəfindən işğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xankəndi şəhərində də qaz təchizatında infrastrukturun bərpası və yenidən qurulması istiqamətində sürətlə işlər davam etdirilir: “Ümumi uzunluğu 41 min metr yeraltı qaz xətti təsbit edilib, “mavi yanacaq” veriləcək binaların qaz kəmərlərində kipliyə sınaq işləri həyata keçirilib və bir çox binalarda bu işlər tamamlanıb”.

 

A.Muxtarov bildirib ki, Xankəndi şəhərində yeraltı qaz xətləri ilə yanaşı, 25 yaşayış binasının dik boruları və mənzildaxili qaz xətləri kipliyə sınaq olunub: "Sözügedən binalarda 470 ədəd smart-kart tipli sayğac quraşdırılıb ki, onlardan 170 abonent ilk mərhələdə təbii qazla təmin olunacaq".

 

Daha ətraflı video materialdan izləyə bilərsiniz:

//youtu.be/iTYrG_DCP_Y?si=oFDpqeSoPfPXP82W

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...