"Qərbin erməni mediasına təsiri yaxşı heç nəyə gətirib çıxara bilməz" - Rusiya XİN

"Qərbin erməni mediasına təsiri yaxşı heç nəyə gətirib çıxara bilməz" - Rusiya XİN

Ermənistanın media resurslarına Qərb təsirinin artması yaxşı heç nəyə gətirib çıxara bilməz.

 

Sfera.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib:

 

“Amerikalılar və Aİ üzvləri hər yerdə ictimai rəyi Rusiyaya qarşı yönəltmək məqsədi ilə fürsətçi davranırlar. Onlar həm də çoxəsrlik Rusiya-Ermənistan dostluğunun əhəmiyyətini və Moskvanın qardaş Ermənistana tamam başqa sahələrdə göstərdiyi və göstərməkdə olan yardımını azaltmaq istəyirlər”.

 

O xatırladıb ki, Moskva İrəvanla kütləvi kommunikasiyalar sahəsində qarşılıqlı fəaliyyət mexanizmləri yaradıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR