SON DƏQİQƏ! Xəzərdə daha bir FACİƏ- 10 neftçi itkin düşdü (SİYAHI)

SON DƏQİQƏ! Xəzərdə daha bir FACİƏ- 10 neftçi itkin düşdü (SİYAHI)
SOCAR mətbuat xidməti də faktı təsdiqləyib

 

Bu gün gecə saatlarında "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün "facebook" hesabında yazıb. O bildirib ki, budkada 10 nəfər işçi olub. Onlardan birinin cəsədi tapılıb, qalan 9 nəfər isə itkin düşüb. 

Məsələ ilə bağlı SOCAR-dan bildirilib ki, 15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İtkin düşənlər aşağıdakı şəxslərdir:

1. Zülfüqarov Güloglan - maşinist 

2. Zülfüqarov Azay - operator 

3. Qurbanov Vidadi - operator 

4. Həsənov Elçin - mexanik 

5. Hacıəliyev Həsənağa - operator 

6. Qafarov İlham - operator 

7. Əsədov Samir - operator 

8. Bəhrəmov Cavid - operator 

9. Abbasov Ramiz - maşinist 

10. Rüstəmov Qorxmaz - operator 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. 


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. B...

Sabah bu universitetlərdə tədris onlayn formada keçiriləcək

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.   Sfera.az xəbər verir ki, sabahdan Azərbaycan Texniki Univers...

İkinci kurs tələbəsi faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşı...

Vitaminlərin belə istifadəsi bədənə ciddi zərər verir

İmmuniteti gücləndirmək üçün vitaminlərdən həkim məsləhəti olmadan istifadə qış mövsümündə artır. Ancaq balanslı qidalandıqda orqanizmdə vitamin çatışmazlığı ol...

Vaxtı bir neçə dəfə dəyişdirilən oyun axır ki, başladı

Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.   Sfera.az xə...

Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa edilir?

Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək. &n...