Gəncəyə yeni baş memar TƏYİN EDİLDİ

Siyasət
23:50 / 21.06.2024
4525
Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.
Sfera.az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.
Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar vəzifəsində çalışıb.