Məşhur futbolçu evindəki dəhşətli soyğundan SAĞ ÇIXDI - FOTO

Məşhur futbolçu evindəki dəhşətli soyğundan SAĞ ÇIXDI - FOTO

İtaliyalı futbolçu və "Qızıl top"un sahibi Roberto Baggionun villasında dəhşətli soyğunçuluq baş verib.

 

Sfera.az bildirir ki, ötən gün yerli vaxtla saat 22:00 radələrində məşhur futbolçu ailəsi ilə matça baxarkən villasına bütöv bir quldur dəstəsi soxulub. Roberto Baggionun başına tapançanın qundağı ilə zərbə endirilib. Cinayət əvvəlcədən planlaşdırılıb və quldurlar bu vaxtı təsadüfən seçməyiblər.

 

Hücum zamanı villanın siqnalizasiya və təhlükəsizlik sistemləri işləməyib. 57 yaşlı idmançının ailəsi evdə televizor qarşısında olub. Onlar 2024-cü il Avropa çempionatında İspaniya - İtaliya matçına baxıblar.

 

İstiyə görə bəzi qapı-pəncərələr açıq olub. Müstəntiqlər zorla içəri girmə əlamətləri aşkar etməsələr də, quldurların xarici olduğunu öyrəniblər. Cinayətkarlar çox güman ki, hasarın üstündən keçiblər.


Quldurlar villaya girəndə Baggio onlardan birini saxlamağa çalışıb. Qısa əlbəyaxadan sonra hücumçu tapançanın qundağı ilə futbolçunun alnına zərbə endirib. Baggionun yarası dərin olub, ailəsi ilə birlikdə qapalı otaqda qalıb. 

 

Soyğunçular hər otağı qarət edərək, saatları, qızıl-zinət əşyalarını və pulları götürüblər. 40 dəqiqə sonra dəstənin qaçdığını bilən futbolçu qapını sındıraraq polisə müraciət edib.

 

Baggio təcili tibbi yardımla xəstəxanaya aparılıb, alnına bir neçə tikiş atılıb. Qeyd edək ki, Baggio 34 ildir Andreina Fabbi ilə evlidir. Cütlüyün üç övladı (34 yaşlı Valentina, 30 yaşlı Mattia və 19 yaşlı Leonardo) var.


"Ailəm və mən hər kəsə səmimi olaraq təşəkkür edirəm. Bu şəraitdə hər şey ola bilər və xoşbəxtlikdən yaşadığım hadisə yalnız bir neçə tikiş, qançırlar və sadəcə qorxu ilə qurtardı. İndi qalan qorxuya qalib gəlmək vaxtıdır”- deyə çempion bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...