İpoteka kreditlərinin 90 %-dən çoxu Bakının payına düşüb

İpoteka kreditlərinin 90 %-dən çoxu Bakının payına düşüb

Bu il yanvarın 1-nə Azərbaycanda ipoteka kreditləşməsinin regionlar üzrə təsnifatı açıqlanıb.

 

Sfera.az İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir ki, hesabat dövrünə ölkədə tələbdən artıq girov qoymanı istisna etmədən ipoteka kreditlərinin ümumi həcmi illik müqayisədə 11,4 % artaraq 3 milyard 301,229 milyon manata çatıb.

 

İpoteka kreditlərinin 90,6 %-i və ya 2 milyard 989,381 milyon manatlıq hissəsi Bakının payına düşüb ki, bu da, illik müqayisədə 12,1 % çoxdur.

 

İpoteka kreditlərinin 5,2 %-i və ya 171,044 milyon manatı Sumqayıtın, 2,1 %-i və ya 67,830 milyon manatlıq hissəsi Gəncənin, 2,2 %-i və ya 72,974 milyon manatlıq hissəsi isə digər regionların payına düşüb. Bu da, illik müayisədə müvafiq olaraq 3,4 % az, 11,3 % çox və 27,4 % çoxdur.


OXŞAR XƏBƏRLƏR

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...