"Koçaryan onu Avropaya dilənməyə göndərib" - AÇIQLAMA

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi Qarabağdan Ermənistana köç etmiş şəxslərin "əsas hüquqlarının müdafiəsi üzrə komissiya"nın üzvləri bu yaxınlarda xarici görüşlər üçün yenidən Avropaya gediblər. Erməni mətbuatının məlumatına görə, gündəlik eyni, yəni Qarabağdan Ermənistana köç etmiş şəxslərin Qarabağa qayıtması üçün "beynəlxalq təminatlar"ın alınması olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev Vardan Oskanyanı Robert Koçaryanın “baş diplomatı” adlandırıb və qeyd edib ki, o yalnız pul dilənməklə məşğuldur:

 

“Təbii ki, Baqrat Qalstyan kimi Qarabağ erməniləri onun da vecinə deyil. Sadəcə olaraq, ağası Koçaryan onu pul toplamağa göndərib. Onlar bu pulla Paşinyanı devirmək fikrindədirlər. Niyə Vardanı göndərib? Çünki Ermənistanda, bəlkə də, diasporla ən gözəl münasibəti olan məhz odur. Bu insanlar yenidən Qarabağı almaqdan, erməniləri ora qaytarmaqdan bəhs edib”.

 

Ekspert bildirib ki, Avropaya yollanan bu qrupa elə ən yaxşı cavabı ermənilərin özləri verib:

 

“Belə ki, Ermənistan parlamentində spiker Simonyan “Ermənistan yenidən 4 min nəfər qurban verməyə hazırdırmı?” deyib Təbii ki, qeyd edilən rəqəm 4 min deyildi, bundan qat-qat çox idi. Ermənistan yenidən eyni şeyə cəhd etsə, say daha çox olacaq. Buna görə də ermənilər üçün sadəcə ağıllı olmaq lazımdır. Əks halda,  məhv olacaqlar. Bunu özləri də bilirlər. Erməni valideyinləri öz övladlarını çox istəyirlərsə, onlara “Koçaryan-Sarkisyan -Oskanyan –Qalstyan”  kimilərini göstərib başa salmalıdırlar ki, “Bunlar pis adamlardır və sizə ancaq ölüm, özlərinə isə yağlı vəzifələr vəd edirlər””.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...