“Real” Mbappenin transferini rəsmən açıqladı

İdman
22:41 / 03.06.2024
9777
Madrid “Real”ı Klian Mbappenin transferini rəsmən açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Məlumata görə, Fransa millisinin üzvü ilə 5 illik sözləşmə imzalanıb.
Transferin maliyyə dəyəri ilə bağlı detallar açıqlanmayıb.
Qeyd edək ki, Mbapennin son klubu PSJ olub.