Bloqqer artıq çəki səbəbindən üzləşdiyi təhqirləri paylaşdı: Görüşməkdən imtina ediblər

Özünü sevməyi təbliğ etməklə tanınan influencer Sarah Nicole Landri çimərlikdə bikinili fotosunu paylaşaraq səmimi etiraflar edib.
Sfera.az bildirir ki, çox arıqlayan Sarah Nicole Landrinin bədənində dəri sallanması və yırtıq izləri qalıb. Qızın 12 yaşı olanda məktəbdə uşaqların ondan necə qaçdığını da xatırlayıb.
Dəniz fonunda çimərlik paltarında və gün eynəyində pozalar verən Sara sallanma və yırtıq izlərini nümayiş etdirib. O, uşaqlıqda bədən fiquruna görə tez-tez tənqid olunduğunu xatırlayıb.
“İnstaqram”da 2 milyondan çox izləyicisi olan bloqqer:
“Əgər kimsə sizə arıqlamaq lazım olduğunu söyləyirsə, hər şey sadədir: demək ki, atılmalı olan çəkiniz var”.4
Sara daha sonra çəkisinə görə tənqid edildiyi vaxtları xatırlayıb.
"Hər şey 7-ci sinifdə başladı. İki "dostum" məndən qaçmağa başladılar və niyə belə etdiklərini soruşduqda bunun çox yekə olduğum üçün olduğunu dedilər. Sonra isə bəyəndiyim oğlan... Üzümə dedi ki, mən hardasa bir yerdə yeməyə və yaxud kinoya getmək üçün çox yağlıyam”-deyə o təsirli etiraf edib.
Sara əlavə edib ki, bundan sonra az yeməyə başlayıb.
"Mənim indi 36 yaşım var. 12 yaşlı balaca və kövrək qız indi son dərəcə qəddar qadındır".
Bloqqer insanlara səslənərək, bildirib ki, arıqlamaq və kökəlmək insan üçün qaçılmazdır.
"Həyatınızın hansı dövründə olursunuzsa olun, özünüzlə nəzakətli olun”- deyə sosial media fenomeni vurğulayıb.
Sara indi milyonlarla izləyicisinə bədənini nümayiş etdirməkdən çəkinmir.
Aynil
Sfera.az