Milyarderlərin bitməyən “Titanik” həvəsi: Yeni bir fəlakət gözlənilirmi?

Ötən il “OceanGate” şirkətinin qəzaya uğrayan “Titanik”ə ekspedisiyası fəlakətlə başa çatmışdı. Məlum olduğu kimi, sualtı qayıq partlayıb və içərisində olan 5 nəfər həyatını itirib.
Sfera.az bildirir ki, ABŞ-da “Titanik” qəzasını araşdırmaq eşqi fəlakətə baxmayaraq davam edir. İndi isə iki milyarder tezliklə yenidən sualtı qayıqla "Titanik"in qalıqlarına getməyə çalışacaq.
“OceanGate” gəmiçilik şirkəti tərəfindən “Titanik” batanlarına təşkil edilən ekspedisiyada iştirak edən şirkətin baş direktoru Stockton Rush, fransız “Titanik” mütəxəssisi Paul-Henri Nargeolet, britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman ötən il bu həvəs uğrunda həyatlarını itirib.
Bu il isə ABŞ-da haqqında çox danışılacaq daha bir kəşf idə planlaşdırılır.
ABŞ-da daşınmaz əmlak şirkətinin sahibi olan iş adamı Larri Konnor və “Triton Submarines” adlı gəmiçilik şirkətinin həmtəsisçisi Patrick Lahey “Titanik”in qəzasını araşdırmaq üçün sualtı səyahətə çıxacaqlar.
Connor şirkətinin sözçüsü açıqlamasında bildirib ki, səyahət yalnız dəniz təşkilatı tərəfindən gəminin tam təsdiqindən sonra baş tutacaq.
Xatırladaq ki, 2021-ci ildə iki şəxs dalğıcla birlikdə Mariana çökəkliyindəki “Challenger Deep” və “Sirena Deep”ə getməyə cəhd ediblər. Təxminən 36.000 fut yüksəklikdə olan çuxur Yerin dəniz dibinin ən dərin nöqtəsidir.
Xanım
Sfera.az