Təyyarədə həyəcanlı anlar: Suya düşəcəyini görən sərnişinlər son dualarını ediblər

Yamaykadan ABŞ-ın Florida ştatına uçan “Spirit” Hava Yollarına məxsus təyyarədə həyəcanlı hadisə yaşanıb.
Sfera.az bildirir ki, ekipaj üzvləri sərnişinlərə mexaniki problem səbəbindən təcili suya enməyə hazırlaşdıqlarını bildiriblər.
Təyyarənin içərisində çəkilmiş videoda 200 sərnişindən bəzilərinin xilasedici jilet geyinməyə başladığı əks olunub.
Turistlərdən biri, Bettina Rogers hətta pilotun həyəcanlı anonsunu telefonuna yazdırmağı bacarıb. Onun sözlərinə görə, komandir əvvəlcə panikaya səbəb olmadığını desə də, beş dəqiqə sonra təyyarənin Yamaykaya qayıtdığını elan edib.
Digər sərnişin Andrene Qordon mayın 26-da bazar günü baş verən hadisəni ölümə yaxın təcrübə adlandırıb.
"Təxminən 25 dəqiqə havada olduq, lakin təyyarə hündürlüyə qalxa bilmədi. Pilot dedi ki, kiçik problem var, ciddi heç nə yoxdur, amma biz qayıdıb hava limanına uçduq. Tam xaos idi! Uçuş bələdçiləri təlim keçsələr də, onlar da insanlardır, hamımız qorxurduq”- hadisə şahidi xatırlayır.
“Airbus A321” təyyarəsi daha sonra Yamaykanın Sanqster Beynəlxalq Hava Limanına problemsiz eniş edib. Sərnişinlər gələcək uçuşlar üçün 50 dollar bonusla başqa reysə köçürülüblər.
"Baş verənlərdən sonra aviaşirkət bizə bu ilin avqust ayına qədər istifadə oluna biləcək 50 dollar bonus təklif edib. Bu, sanki bir yumruqdur" - deyə sərnişinlər bildirib.
“Spirit” aviaşirkəti də öz növbəsində yaranan narahatlığa görə hər kəsdən üzr istəyib.
Aynil
Sfera.az