Axtarışda olan qatil müsabiqə proqramına qatıldı

Fransada təxminən 30 zorlama və qətl hadisəsi ilə əlaqəsi olan, polis tərəfindən “Sızanaqlı adam” ləqəbi ilə tanınan serialı qatil Fransua Verovenin 2019-cu ildə ölkənin məşhur yarışma proqramına qatıldığı məlum olub.
Sfera.az bildirir ki, Verove müsabiqədən təqribən 2 il sonra tutulacağını anlayanda intihar edib.
İlk cinayətini 11 yaşında törədən Fransua Verove “Tout le monde veut prendre sa place” (Hər kəs öz yerini tutmaq istəyir) oyun şousunda rahat davranışı ilə diqqət çəkib.
Polis tərəfindən axtarışda olarkən oyun şousuna qatılan serialı qatil 2 il sonra tutulacağını anladıqda, məktub yazıb qoyaraq intihar edib.
Verovenin həyat yoldaşı və iki uşağı ilə Fransanın cənubundakı La Grande-Motte qəsəbəsində yaşadığı və yerli xalq tərəfindən sevilən bir insan olduğu məlum olub. Məlumata görə, 59 yaşlı Verove həyat yoldaşına "məni cinayətkar edən dəli bir qəzəb oldu"yazısı olan intihar qeydi yazıb. Verovenin yazdığı məktubda belə bir ifadə yer alırdı:
“Elə vaxtlar olub ki, buna dözə bilməyib bir günahsız insanı məhv edib, ləkələyib öldürməli olmuşam”.
Fransua Verovenin 1994-cü ilə qədər ümumilikdə 31 zorlama və qətl hadisəsi törətdiyi bildirilir.
Aysel
Sfera.az