NATO Ukraynaya xüsusi nümayəndə təyin etmək niyyətindədir

Dünya
22:55 / 29.05.2024
3930
NATO Ukrayna məsələsi üzrə xüsusi nümayəndə təyin etmək imkanını öyrənir.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culiana Smit jurnalistlər üçün onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya dəstək üçün "müxtəlif səylərin əlaqələndirilməsinə kömək edəcək NATO daxilində nümayəndənin olub-olmaması" müzakirə olunacaq.
Smitin izah etdiyi kimi, bu vəzifəyə mülki şəxsin təyin edilməsi imkanları nəzərdən keçirilir.
Əzizə