Putin pul köçürmələrinə məhdudiyyət tətbiq etdi

Dünya
20:39 / 29.05.2024
11770
Rusiyada bank hesabı açmadan köçürmələr 100 000 rubldan çox pul köçürmək niyyətində olan vətəndaşlarla məhdudlaşacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Müvafiq dəyişikliklər bir ildən sonra qüvvəyə minəcək.
Qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən mayın 29-da imzalanıb və hüquqi informasiya rəsmi saytda dərc edilib.
İnci
Sfera.az