Ukrayna qadın məhbusları orduya cəlb etməyə hazırlaşır

Ukrayna qadın məhbusları orduya cəlb etməyə hazırlaşır

"Qadın məhbusların Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb edilməsi mümkündür, ölkə qanunvericiliyində bununla bağlı məhdudiyyətlər nəzərdə tutulmur".


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuska deyib.



"Bizim qanunda onların kişi və ya qadın olması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Nəzəri olaraq, biz bu imkana icazə veririk".



Malyuska əlavə edib ki, Ukrayna həbsxanalarında qadınların sayı azdır, çünki onların həbslə cəzalandırılan cinayətləri törətmə ehtimalı aşağıdır.



Xatırladaq ki, mayın ortalarında Ukrayna Prezidenti Volodimir Zelenski həbsxanada cəza çəkənlərin səfərbər edilməsi haqqında qanun imzalayıb. Əvvəllər Malyuska bu məqsədlər üçün artıq 350 məhbusun azad edildiyini və daha dörd mindən çox məhbusun növbədə olduğunu bildirmişdi.



Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri 20 minə qədər məhbus və cinayət keçmişi olan şəxsləri orduya cəlb edə biləcək.



Əzizə


OXŞAR XƏBƏRLƏR

Pakistan vaxt qoyudu - Hansı ölkələr müharibəyə qoşulur?

Pakistanın Müdafiə Naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibə riskinin artdığını bildirib.    Sfera.az xəbər verir ki, bu açıqlama, Kəşmir...

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.  Aksiya Azərbaycan Respublikas...

"Əfqanıstanda destruktiv cəhdlərin qarşısı alınmalıdır" - Əli Nağıyev

"Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır". ...

100 milyonluq təklifi rədd etdi: Planı var

"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.   Sfera.az xəbər verir ki, bu barədə "Sk...

"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...